"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Horadizdə mənəvi dəyərlərin təbliğinə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Yanvarın 17-da Füzuli rayonu Horadiz şəhəri Dram Teatrında, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və “Mahmudlu-2” kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Mənəvi dəyərlər və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatının baş məsləhətçisi Samir Yoldaşov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Mehtixan Zeynalov, Füzuli rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Füzuli rayonu “Mahmudlu-2” kənd məscidi dini icmasının sədri Sevindik Əsgərli, dini icma üzvləri və kənd sakinləri iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Füzuli rayonu “Mahmudlu-2” kənd məscidi dini icmasının sədri Sevindik Əsgərli bildirdi ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. 
DQİDK-nın Mərkəzi Aparatının baş məsləhətçisi Samir Yoldaşov məruzə edərək qeyd etdi ki, vətənpərvərlik tərbiyəsində, xüsusilə də hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində və təşkilində mənəvi dəyərlərin rolu əvəzssidir. Mənəvi dəyərlər ayrı-ayrı şəxslər və ictimaiyyət üzvlərinin böyük əksəriyyətinin qəbul etdiyi dəyərlər toplusudur. Dil, din, əxlaq, adət-ənənələr, Azərbaycançılıq, tolerantlıq, multikulturalizm, toy və yas mərasimləri, elm, mədəniyyət, incəsənət, bütün bunların hamısı mənəvi dəyərlərdir. Gənclərin hərtərəfli inkişaf etməsində təlim, tərbiyə, təhsillə yanaşı mənəvi dəyərlərin də təhsil vasitələri böyükdür. 
Füzuli rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev çıxış edərək, bildirdi ki, hərbi vətənpərvərlik, vətənpərvərlik tərbiyəsinin bir sahəsi olub, gənclərin vətəni müdafiəsini təmin edir. 
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov “Gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması” mövzusunda məruzə edib. Əlizadə Nəcəfov bildirdi ki, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Respublikanın əksər gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər.
Məruzə ətrafında Füzuli rayon Horadiz şəhər “Əhli-Beyt” məscidinin imamı Nəriman Nəsirov da çıxış edib.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb.

calendar 18-01-2019, 09:55 eye 903 eye Paylaş