Yanvarın 17-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Yardımlı şəhəri Daşkənd məhəllə məscidi dini icmasının təşkilatçılığı ilə “Dinimiz və milli-mənəvi dəyərlərimiz“ adlı layihə çərçivəsində “Dini dəyərlər və vətən sevgisi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli, Yardımlı Rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Şəhriyar Şabıyev ,Yardımlı şəhər Daşkənd məhəllə məscidi dini icmasınin sədri Elşad Xankişiyev, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yardımlı şəhər Daşkənd məhəllə məscidi dini icmasınin sədri Elşad Xankişiyev qeyd edib ki, milli dəyərləri qorumaq din amili tarixinin hər dövründə önəmli olmuşdur. İslam dininin Azərbaycanda yayılmağa başladığı dövrdən bu günədək olan tarixə nəzər salsaq onun birləşdirici bir amil kimi çıxış etdiyini görərik.
DQİDK Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli bildirdi ki, İslam bütövlükdə səmavi dinlərin sonuncusu olduğuna görə cəmiyyətin milli-mənəvi dəyərlərini özündə ehtiva edir. Tarix sübut edir ki, vətəninə sahib çıxmağı bacarmamış millətlər nə dinlərinə, nə də dillərinə sahib ola bilmişlər.
Yardımlı Rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Şəhriyar Şabıyev çıxışında vətənin müdafiəsi uğrunda çəkilən keşiyin mənəvi dəyərinin son dərəcə yüksək vurğulayıb.
Ramin Qənbərov və başqaları çıxışlarında mövzu ətrafında fikirlərini bölüşərək belə layihələrin keçirilməsinə görə Mənəvi Dəyərlərinin Təbliği Fonduna minnətdarlıqlarını ifadə ediblər.
Disskusiya şəraitində keçən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.