"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Cəlilabadda “İslamda vətənpərvərlik” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 16-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Cəlilabad rayonu Maşlıq kənd “Şəhidlər” məscidi dini icmasının təşkilatçılığı ilə “Şəhidlərimiz qəhrəmanlarımızdir” adlı layihə çərçivəsində “İslamda vətənpərvərlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbənin əməkdaşı Tural Şahmarov, Maşlıq kənd “Şəhidlər” kənd məscidi dini icmasınin sədri Həmzəxan Məhərrəmov, ziyalılar, ictimaiyyət nümatəndələri və gənclər iştirak ediblər.
Maşlıq kənd “Şəhidlər” kənd məscidi dini icmasınin sədri Həmzəxan Məhərrəmov Azərbaycan xalqının  qəhrəmanlıq tarixindən söhbət açıb.
DQİDK Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Şahmarov bildirdi ki,  İslam vətənə məhəbbətə önəm vermiş, torpaq uğrunda şəhid olanları əziz tutmuşdur. Dövlətimiz də  həmişə   mənəvi dəyərlərimizin  bir qolu olan vətən sevgisini önə çəkərək vətən uğrunda şəhid olan qəhrəmanlarımızı diqqətdə saxlayır.
Ağsaqqal Səməd Qubadov, ziyalı Əliqasim Məhərrəmov və başqaları çıxışlarında mövzu ətrafında fikirlərini bölüşdürərək belə layihələrin keçirilməsinə görə Mənəvi Dəyərlərinin Təbliği Fonduna  minnətdarlıqlarını ifadə ediblər. 
Disskusiya şəraitində başa çatan tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 17-01-2019, 15:25 eye 903 eye Paylaş