"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Abşeronda “Dünyəvi dövlətdə din” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 16-da Abşeron rayonu Saray qəsəbəsində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Saray qəsəbəsi “Cümə” məscidinin təşkilatçılığı ilə “İslam həmrəyliyi – Dini vəhdətə çağırış” layihəsi çərçivəsində “Dünyəvi dövlətdə din” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahlar Məmmədov, Saray qəsəbə “Cümə” məscidinin imamı və icma sədri Qalib Tahirov, köməkçisi Əli Şərbətov, qəsəbə sakinləri, ağsaqqallar və ziyalılar iştirak ediblər.
Əvvəlcə mövzuyla bağlı açılış nitqini Əli Şərbətov söylədi. O, iştirakçılara tədbirin məğzi və əhəmiyyəti barədə məlumat verərək dövlət-din münasibətləri, dövlətin dinə göstərdiyi qayğı və diqqətdən bəhs edib. 
Daha sonra DQİDK-nin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahlar Məmmədov mövzunu davam etdirərərək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi silsilə maarifləndirmə tədbirlərindən məlumat verib. Bu kimi layihə tədbirlərinin keçirilməsinin dövlətin din və dindarlara, bütövlükdə bu mövzuya necə həssas yanaşdığını əyani surətdə göstərdiyini qeyd edən natiq, belə yanaşmanın davamlı olması üçün sabit cəmiyyətin olmasının labüdlüyünü bildirmiş və bu sabitliyin qorunmasını üçün hər bir cəmiyyət üzvünün üzərinə müəyyən vəzifələr düşdüyünü qeyd edib.
Daha sonra mövzuyla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.

calendar 17-01-2019, 11:45 eye 801 eye Paylaş