Yanvarın 16-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şamaxı şəhəri “İmamzadə” məscidi dini icmasının təşkilatçılığı ilə Şamaxı şəhər “Cümə” məscidində, “Şəhidlik zirvəsi” adlı layihə çərçivəsində “Vətən nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı şəhər “Cümə” məscidi dini icmasının sədri Akif Hüseynov, Şamaxı rayonu Məlikçobanlı kənd məscidi dini icmasının sədri Bariz Ağayev, İmamzadə məscidinin imam müavini Rəfail Şirinov, rayonun nüfuzlu din xadimləri və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev vətən anlayışının müqəddəs olmasından, İslam dinində vətəni qorumağın hökm olmasından söz açıb.
Daha sonra çıxış edən DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov vətənə bağlılığın milli dəyər olmasını qeyd edərək son illərdə aparılmış yad ideologiyaların bu dəyəri kölgəyə salmaq istədiklərini vurğulayıb.
Daha sonra çıxış edən Məlikçobanlı kənd məscidi dii icmasının sədri Bariz Ağayev, İmamzadə məscidinin imam müavini Rəfail Şirinov və digərləri vətən sevgisinin müqəddəsliyindən, torpaq və namus anlayışlarının vətən məfhumu ilə vəhdət təşkil etməsidən danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavabandırılıb.