Yanvarın 16-da Mənəvin Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şəmkir rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Şəhidlər ölməz,vətən bölünməz” layihəsi çərşivəsində Şəmkir şəhəri Gənclər mərkəzində, “Düşmənimizi tanıyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanlı, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbənin baş məsləhətçisi Pərvin Zeynalov, aparıcı məsləhətçi Vüqar Əliyev, Şəmkir Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, Şəmkir rayon “Cümə” məscidinin dini icmasının sədri Natiq Şıxəliyev və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə Şəmkir Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev açaraq mövzu barəsində ətraflı çıxış edib.
Daha sonra DQİDK-nın xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanlı öz çıxışında “Düşmənimizi tanıyaq” mövzusunda çıxış edib.
Şəmkir rayon “Cümə” məscidinin dini icmasının sədri Natiq Şıxəliyev mövzu ətrafında geniş söhbət aparıb.
Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.