"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Xızıda “Dinimiz milli–mənəvi sərvətimizdir” layihəsi çərçivəsində maarifləndirici tədbirlərin icrasına başlanıb

Yanvarın 16-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xızı rayon Altıağac qəsəbə məscidinin təşkilatçılığı ilə “Dinimiz milli – mənəvi sərvətimizdir” layihəsi  çərçivəsində   maarifləndirici  tədbir keçirilib.
Tədbirdə Altıağac qəsəbə məscidinin  dini icmasının sədri  Ruslan Eyvazov,  Xızı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Dini qurumlaral işin təşkilatçısı Ceyhun İsgəndərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsininn aparıcı məsləhətçisi Abdulla Hüseynov, din xadimləri və qəsəbə ziyalıları iştirak ediblər.
Çıxışında dini icmanın sədri Ruslan Eyvazov keçirilən maarifləndirici tədbirləri yüksək qiymətləndirib. İslam dininin insanları həmrəyliyə, birliyə və vəhdətə səslədiyini  vurğulayıb.
DQİDK-nin Sumqayıt bölgəsi üzrə şöbəsininn aparıcı məsləhətçisi Abdulla Hüseynov  milli, dini, mənəvi  dəyərlərimizin qorunması istiqamətində uğurlu işlərin aparıldığını qeyd edib. O bildirdi ki, İslam dininin  elm, irfan, humanizm kimi prinsiplərinin  lazımı səviyyədə təbliğ edilməsi cəmiyyətimizin mənəvi zənginləşməsinə öz töhfəsini verəcəkdir. 
Tədbirdə çıxış edən Xızı RİH-nin əməkdaşı Ceyhun İsgəndərov İslam dininin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olmasından bəhs edib. İslamın bizim üçün təkcə din deyil, həmdə mədəniyyət, mənəviyyat, tarix və digər dəyərlər toplusu olduğunu diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 17-01-2019, 09:44 eye 733 eye Paylaş