"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Qobustanda “Vətənimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 15-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qobustan rayon Çalov kənd məscidi dini icmasının təşkilatçılığı ilə Qobustan rayonu Çalov kənd məscidində “Vətəni sevgisi imandandır” adlı layihə çərçivəsində “Vətənimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov,   Qobustan RİH Başçısının Çalov və Cəyirli kəndləri inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Mehdiyev, Çalov kənd məscidi dini icmasının sədri Həqiqət Rəcəbov, Cəyirli kəndi “İmam Zaman” məscidi dini icmasının sədri Məzahir Axundov, Hilmilli kənd məscidi dini icmasının sədri Mehralı Muradov və kənd ictimaiyyəti iştirak edib. 
Tədbiri giriş sözü ilə açan Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aftandil Şikarov vətəni qorumağın hər bir azərbaycanlı üçün şərəfli bir missiya olmasından danışaraq qeyd edib ki, radikal cərəyanların təbliğatı bu hissləri zəiflətməyə xidmət edir.
Tədbirdə çıxış edən DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov  son illərdə yad ideolgiyaların təsirilə milli-mənəvi dəyərlərimizə bağlılığın, vətənpərvərlik hisslərinin azalmasından bəhs edərək milli və dini kimliyimizin vətənlə vəhdət təşkil etməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən Çalov kənd məscidi dini icmasının sədri Həqiqət Rəcəbov, Məzahir Axundov və digərləri  vətən sevgisinin milli-mənəvi məsələ olmasından, vətən uğrunda canından keçənlərin xalqımızın xatirəsində əbədi yaşayacağından bəhs ediblər.
Sonda tədbir iştirakçıarını maraqlandıran suallar cavabandırılıb.

calendar 16-01-2019, 14:37 eye 729 eye Paylaş