"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Lənkəranda mənəvi dəyərlərin təbliğinə həsr olunmuş növbəti maarifləndirici tədbir keçirilib

Yanvarın 15-də Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən maliyyə dəstəyi və Lənkəran rayonu Göyşaban kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” adlı layihə çərçivəsində rayonun Sinovli kənd məscidində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər İcra Hakimiyyəti  (ŞİH) başçısının Osakücə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Mirzərza Əkbərov, Göyşaban  kənd məscidi dini icmasının sədri Marafat Musayev, Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, Sinovli kənd məscidi dini icmasının sədri İqrar Rəfiyev və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal bir məkan olduğunu bildirib. Dövlət-din münasibətlərinin Azərbaycan modeli haqqında məlumat verən E.Həmidli əlavə edib ki, ölkəmizdə tolerantlıq və multikulturalizmin dövlət siyasətinə çevrilməsi məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 
Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov çıxışında Azərbaycanın tarixən milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi məkanlardan biri olduğunu qeyd edərək, ölkəmizin tolerant yaşam tərzi ilə dünyada bir nümunə olduğunu vurğulayıb.
Lənkəran ŞİH başçısının Osakücə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Mirzərza Əkbərov, Göyşaban  kənd məscidi dini icmasının sədri Marafat Musayev, Sinovli kənd məscidi dini icmasının sədri İqrar Rəfiyev çıxışlarında mövzu ilə bağlı fikirlərini bildiriblər. 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 16-01-2019, 11:26 eye 912 eye Paylaş