"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun maliyyə dəstəyi ilə Sumqayıtda "Gənclər arasında milli kimlik anlayışının təbliği" adlı maarifləndirici tədbir keçirilib

Yanvarın 14-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Sumqayit şəhəri H.Z.Tağıyev qəsəbəsi "Bəyverdi" məscidi dini icmasının təşkilatçılığı ilə “Dini-ideoloji baxımdan milli həmrəylik” layihəsi çərçivəsində "Gənclər arasında milli kimlik anlayışının təbliği" adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə "Bəyverdi" məscidinin icma sədri Əbdürrəhim Əhmədov, məscidin din xadimi Taleh Sadıqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsinin aparıcı məsləhətçisi Abdulla Hüseynov, dindarlar və qəsəbə sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Əbdürrəhim Əhmədov bu kimi maarifləndirmə layihələrinə dövlət dəstəyinin olmasını yüksək qiymətləndirib. O, həmçinin milli kimliyimizin gənclər arasında təbliğinin vacibliyini vurğulayıb.
Məscidin din xadimi Taleh Sadiqov bildirdi ki, İslam aləminin əvvəlki dövrlərdən daha çox birliyə, həmrəyliyə ehtiyacı vardır. O bildirdi ki, gənclərimizin milli özünüdərk, milli, dini dəyərlər ruhunda tərbiyə edilməsi ruhunda tərbiyə edilməsi ölkəmizə, eləcə də İslam dünyasına öz müsbət töhfəsini verəcək. 
Tədbirdə çıxış edən DQİDK-nin Sumqayıt bölgəsi üzrə şöbənin əməkdaşı Abdulla Hüseynov gənc nəslin milli kimlik şüurunun inkişaf etdirilməsi və onlarda  vətənpərvərlik hisslərinin gücləndirilməsi milli-mənəvi dəyərlərimizin qorunması və dövlətçiliyimizin inkişafı üçün əhəmiyyətli olduğunu bildirib. Natiq qeyd etdi ki, hazırda dünyada gedən qloballaşma və inteqrasiya prosesləri  milli kimlik məsələlərini daha da  aktual edir. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 15-01-2019, 14:03 eye 742 eye Paylaş