Yanvarın 14-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Masallı rayonu Meşəkənarı kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Dövlətçiliyimizin möhkəmləndirilməsində mənəvi dəyərlər amili“ adlı layihə çərçivəsində “Müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərə verilən önəm” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Meşəkənarı kənd məscidi dini icmasının sədri Ələddin Mirzəyev, ziyalılar, ictimaiyyət nümanyəndələri və gənclər iştirak ediblər.
Meşəkənarı kənd məscidi dini icmasının sədri Ələddin Mirzəyev tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, hər bir millətin tarix boyunca inkişaf etmiş, zaman-zaman azacıq dəyişmiş milli dəyərləri var və hər bir xalqı millət kimi formalaşdıran da bu dəyərlərdir.
DQİDK Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov bildirdi ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan miil-mənəvi dəyərlərimiz Azərbaycanın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür, duz-çörək qədər hamımıza əzizdir.
DQİDK Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov vurğuladı ki, Heydər Əliyev milli-mənəvi dəyərlərimizin ğyrənilməsini, qorunub saxlanılmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. “Milli-mənəvi dəyərlərini qoruyub saxlamış xalq həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir”- deyən Ulu öndərimiz hər bir azərbaycanlının öz milli mənsubiyyətinə görə qürur hissi keçirməli olduğunu dilə gətirirdi.
Ağsaqqal və ziyalılardan Əhliman Alışov, Xanağa İslamov və Əliyar Muradov mövzu ətrafında fikirlərini bölüşərək belə layihələrin keçirilməsinə görə Mənəvi Dəyərlərinin Təbliği Fonduna minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.