Yanvarın 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xaçmaz rayonu Yalama kənd məscidi dini icmasının təşkilatçılığı ilə Xudat şəhərində “Milli-mənəvi dəyərlərimizi qoruyaq və yaşadaq” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, Xaçmaz rayonu Yalama kənd məscidi dini icmasının sədri Namik Osmanov, dindarlar, ağsaqqallar və kənd ictimaiyyəti iştirak edib.
Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev çıxış edərəb bildirib ki, dövlətimiz milli-mənəvi dəyərlərimizin qorunmasının qarantıdır. Bununla bağlı mədəni irsimizin qorunması sahəsində təkcə Azərbaycanda deyil dünya miqyasında dövlətimiz iş aparır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla tədbirdə geniş məruzə ilə çıxış edərək qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəslə olduğu kimi ötürülməsi ən vacib məsələlərdəndir. Milli-mənəvi dəyərlərin təbliğində dövlətin hazırladığı xüsusi proqramlar, strateji planlar vardır ki, dəyərlərimizin özgənikiləşdirilməsi və yaxud olduğu formadan çıxarılaraq dəyişdirilməsinin qarşısı alınır. Bu sahədə dövlətlə yanaşı vətəndaşlarda təbliğatçı olmalı, mənəvi dəyərlərimizin yaşadılmasında iştirak etməlidir.
QMİ-nin Quba bölgəsi üzrə qazılığının əməkdaşı Anar Eyyubov, Xaçmaz rayonu Yalama kənd məscidi dini icmasının sədri Namik Osmanov və digərləri tədbirdə çıxış edərək dövlətin dini sahəyə, o cümlədən dindarlara və dini icmalara diqqət və qayğısının yüksək səviyyədə olduğunu bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.