Yanvarın 11-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Saatlı rayonu Şirinbəy kənd məscidi dini icmasının təşkilatçlığı ilə “Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz Azərbaycan gənclərinin gözü ilə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin əməkdaşı Elvin İbrahimov, Saatlı rayonu Şirinbəy kənd məscidi dini icmasının sədri Mürsəl Bədirov, dini icma üzvləri, kənd ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə məscidi dini icmasının sədri Azərbaycan xalqının hər zaman öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə sıx bağlı olduğunu və gənc nəsil tərəfindən bu dəyərlərin qorunub saxlanmasının vacibliyini vurğuladı. Dini icma sədri həmçinin, gənclərin dini radikalizmdən qorunması, onlara vətənpərvərlik hissinin aşılanmasını, milli-mənəvi dəyərlərimizin qorunmasını və gələcək nəsillərə çatdırılmasını vacibliyini qeyd etdi.
DQİDK-nin İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov dini radikalizm, ekstremizm və onların fəsadları haqqında məlumat verərək, milli-mənəvi dəyərlərin təbliğinin bu baxımdan əhəmiyyətini qeyd edib. Gənclərimizi milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq ruhunda tərbiyə edilməsində, onların radikalizmə qarşı mübarizəyə istiqamətlənməsində kənd ziyalılarının, ağsaqqalların, həmçinin dini icmaların üzərinə böyük işlər düşdüyünü bildirib.
Daha sonra tədbirdə çıxış edən DQİDK-nin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov gənclərin zərərli vərdişlərin və dini radikalizmin təsiri altına düşməmələri üçün təhsilin və maarifləndirmənin önəmini diqqətə çatdırıb.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran sullar cavablandırılıb.