"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Qəbələdə “Milli-mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Yanvarın 11-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qəbələ rayon Soltannuxa kənd Cümə məscidi dini icmasının təşkilatçılığı ilə Qəbələ rayonu Bum qəsəbəsində “Milli-mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində  növbəti maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Soltannuxa kənd dini icmasin sədri Seymur Mahmudov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Yusif Yusifli və Zaman Şirinov, Qəbələ rayonu Bum qəsəbəsi məscidi dini icmasının sədri Ayaz Osmanov və kənd sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Soltannuxa kənd dini icmasin sədri Seymur Mahmudov mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayaraq, keçirilən bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb. 
Daha sonra çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli  vurğulayıb ki, keçmişdən bizə gəlib çatmış yüksək milli-mənəvi dəyərlərin qorunması müasir dövrün aktual məsələlərindəndir. Məhz buna görə də yeniyetmə və gənclərlə bu sahədə maarifləndirmə işinin aparılması diqqətdə saxlanmalıdır. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. 
Qəbələ rayonu Bum qəsəbəsi məscidi dini icmasının sədri Ayaz Osmanov çıxış edərək bildirib ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, çıxış ederek bildirib ki,  dövlətin milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində diqqət və qayğısını yüksək qiymətləndirərək nəzərə çatdırıb ki, gənclər milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmalı və müasirlik milli-mənəvi dəyərlərə qarşı olmamalıdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

calendar 11-01-2019, 12:25 eye 826 eye Paylaş