"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Zərdabda “Vətən nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 11-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Zərdab rayonu Gəlmə kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Ən ülvi duyğu vətən sevgisi” layihəsi çərçivəsində “Vətən nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Zərdab rayon İcra Hakimiyyəti başçısının Gəlmə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Gündüz Səfərəliyev, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, Gəlmə kənd məscidi dini icmasının sədri Mirzə Abbasov, Zərdab şəhər Cümə məscidi dini icmasının sədri və imamı Feyzulla Tağıyev, dini icma üzvləri, dindarlar və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açıq elan edən Zərdab RİH başçısının Gəlmə kənd İƏD üzrə nümayəndəsi Gündüz Səfərəliyev qeyd edib ki, vətən-insanın anadan olduğu, dədə babalarının, qohum əqrabalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkədir. Vətənə bağlılıq insanlarda vətənpərvərliklə səciyyələndirilir. Natiq vətənin sadəcə müəyyən sərhədləri olan coğrafi məkan deyil, xüsusi sevgi və hörmətə layiq müqəddəs məkan olduğunu vurğulayıb. 
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, hər birimizin qəlbində müqəddəs bir hiss-vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Vətəni və vətəndaşı sevmək böyük bir əxlaqi keyfiyyətdir. Dinimizin əmri, Uca Rəbbimizin razı qaldığı əməldir. İnsanın mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiblərdən biri də xalq və vətən sevgisidir.    
Daha sonra “Vətən nədir?” mövzusunda Zərdab şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı Feyzulla Tağıyev, Gəlmə kənd məscidi dini icmasının sədri Mirzə Abbasov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, və digər natiqlərin çıxışları dinlənilib.  
Mövzu ilə bağlı tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

calendar 11-01-2019, 12:09 eye 841 eye Paylaş