Yanvarın 11-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Pirallahı rayonu Pirallahı qəsəbə məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən "Milli-mənəvi dəyərlərimizin təbliğində və qorunmasında gənclərin rolu" adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
DQİDK-nin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Pirallahı RİH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Seymur Yusibov, Pirallahı rayonu Pirallahı qəsəbə məscidi dini icmasının sədri Elçin Baxşiyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Pirallahı RİH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Seymur Yusibov milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq xalqımızın milli-mənəvi dəyərlərə sıx bağlılığını diqqətə çatdırıb.
Daha sonra çıxış edən Pirallahı rayonu Pirallahı qəsəbə məscidi dini icmasının sədri Elçin Baxşiyev çıxışında mövzunun və maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyindən bəhs edib.
DQİDK-nin Bakı şəhər üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların zərərli vərdişlərdən, dini radikalizmdən qorunması, eləcə də, erkən nikahların aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.
Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.