Yanvarın 9-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Neftçala şəhəri “Sahib Əzzaman” məscidi dini icması tərəfindən “Tolerantlıq-əxlaqı davranış və mədəniyyət məsələsi kimi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala şəhəri “Sahib Əzzaman” məscidi dini icmasının sədri Mirseymur Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbənin müdiri Sənan Xəlilov, Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında ictimai, siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Mirseymur Əliyevlayihə barədə ətraflı məlumat verib. İcma sədri çıxışında İslam dininin tolerantlığından, həmrəy olmasından, əhəmiyyətindən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbənin müdiri Sənan Xəlilov və Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında İctimai, siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev çıxışlarında layihənin əhəmiyyətindən və ölkəmizdə olan tolerant dəyərlərdən bəhs ediblər.