"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Masallıda “Azərbaycançılıq-bizi birləşdirən dəyər” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 11-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Masallı rayonu Binə Xocavar kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Azərbaycançılıq məfkurəsi: milli-ənəvi dəyərlərin əsas prinsiplərindən biri kimi” adlı layihə çərçivəsində “Azərbaycançılıq- bizi birləşdirən dəyər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Binə Xocavar kənd məscidi dini icmasının sədri Kamran Dadaşzadə, ağsaqqal və ziyalılar iştirak ediblər.
Binə Xocavar kənd məscidi dini icmasının sədri Kamran Dadaşzadə tədbiri giriş sözü ilə açaraq  bildirdi ki, cəmiyyətdə tarix boyu yaranan və insanların şüurunda formalaşan ictimai dəyərlər dövlətin inkişafına və güclənməsinə böyük təsir göstərir. Ölkəmizdə bu dəyərlərin məcmusu azərbaycançılıq ideyasıdır.
DQİDK Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov qeyd edib ki, Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər kimi azərbaycançılıq məfkurəsi dayanır.
DQİDK Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ayıq Səmədov çıxışında azərbaycançılığın ən mühüm amilləri sırasında milli-etnik müstəvidə bütün qrupları birləşdirmək, vətənə bağlılığı artırmaq, hər bir vətəndaşda milli özünüdərki vətənçilik anlayışı ilə zənginləşdirmək məqsədinin dayanmalı olduğunu vurğulayıb.
Xeyrulla Xanməmmədov, Firudin Leysanov və başqaları çıxışlarında  mövzu ətrafında fikirlərini bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 11-01-2019, 12:01 eye 776 eye Paylaş