Yanvarın 11-də Mənəvin Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağstafa rayon “İmam Əli” adına Cümə məscidi dini icmasının təşkilatçılığı ilə “Vətəni sevməyən insan olmaz” layihəsi çərçivəsində Ağstafa şəhər H.Əliyev mərkəzində “Azərbaycan ailə modeli” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, şöbənin baş məsləhətçisi Pərvin Zeynalov, şöbənin məsləhətçisi Ceyhun Rüstəmov, Ağstafa Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev, Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev, Ağstafa Rayon Təhsil şöbəsinin məsləhətçisi Əli Cəfəroğlu, Ağstafa rayon İmam Əli adına “Cümə” məscidinin dini icmasının sədri Şahin İsmayılzadə iştirak ediblər.
Tədbiri giriş sözü ilə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev açaraq hər bir cəmiyyətdə milli və mənəvi dəyərlərin qorunması həmin cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Çünki hər bir xalq özünəməxsus dəyərlərin daşıyıcısıdır. Azərbaycan xalqı da tarixən öz milli, əxlaqi və mədəni dəyərləri ilə böyük inkişaf yolu keçmişdir. Bu baxımdan İslam dini böyük mənəvi dəyərləri özündə birləşdirir, insanların bir-biri ilə mehriban yaşamasını, daim təkmilləşməyi, öyrənməyi tövsiyə edir və ailə dəyərlərinə böyük önəm verir.
Daha sonra çıxış edən DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev “Azərbaycan ailə modeli” mövzu barədə geniş çıxış edib.
Ardınca Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev, Ağstafa Rayon Təhsil şöbəsinin məsləhətçisi Əli Cəfəroğlu, Ağstafa rayon İmam Əli adına “Cümə” məscidinin dini icmasının sədri Şahin İsmayılzadə öz çıxışlarında ailə sevgisi ilə bağlı geniş nitq söyləyiblər.
Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.