"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Kürdəmirdə “Vətən nədir” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Kürdəmir rayonu Carlı kənd “İmam Hüseyn” məscidi dini icmasının təşkilatçılığı ilə “Vətənin daşı olmaq” adlı layihə çərçivəsində “Vətən nədir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti (RİH) Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Samir Əhmədov, Carlı kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Cümşüd Kərimov, Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev, ziyalılar və təhsil işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov çıxışında bildirib ki, xalqımız müstəqilliyini bərpa etdikdən sonra qədim tariximizi və mədəniyyətimizi daha dərindən tədqiq etmək, öyrənmək və dünyaya tanıtmaq üçün geniş imkanlar əldə etdi. O qeyd edib ki, Vətən hər bir insan üçün müqəddəs və əvəzedilməz bir dəyərdir. Vətəni qorumaq və uğrunda canından keçmək isə hər bir vətəndaşın müqəddəs borcudur. 
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev mövzu ilə bağlı çıxışında qeyd edib ki, günümüzdə milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərdən təcrid vəziyyətdə təsəvvür etmək çətindir. Ona görə də mənəvi tərbiyə sistemində milli və ümumbəşəri dəyərlərdən bəhrələnmə məsələsinə ciddi fikir verilməlidir.
Digər natiqlər də çıxışlarında gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə alaraq Azərbaycanın inkişafına öz töhfələrini verməli, lazım gəldikdə vətən üçün öz canlarından belə keçməyi bacarmalı olduqlarını vurğulayıblar. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 11-01-2019, 10:52 eye 686 eye Paylaş