"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Füzulidə “Gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 10-da Füzuli rayonu “Mahmudlu-2” kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Füzuli rayonu “Mahmudlu-2” kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Mehtixan Zeynalov, Füzuli rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Füzuli rayonu “Mahmudlu-2” kənd məscidi dini icmasının sədri Sevindik Əsgərli, dini icma üzvləri və kənd sakinləri iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Füzuli rayonu “Mahmudlu-2” kənd məscidi dini icmasının sədri Sevindik Əsgərli bildirdi ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov “Gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması” mövzusunda məruzə etmişdir. Əlizadə Nəcəfov müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələrin düşdüyünü qeyd edib. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər.
Füzuli rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev çıxış edərək hərbi vətənpərvərlik, milli-mənəvi dəyərlər, gənclərin Vətəni müdafiəsi barədə danışıb.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb.

calendar 11-01-2019, 10:45 eye 691 eye Paylaş