"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Ağsuda “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının təşkilatçılığı ilə “Mənəvi dəyərlərimiz və gənclər” adlı layihə çərçivəsində “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini Qurumlarla İş üzrə şöbəsinin aparıcı məsləhətçisi Tural Əliyev, DQDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyidkamil Mirhəsənli, Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Kənan Tacızadə,  QMİ-nin səlahiyyətli nümayəndəsi, Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının sədri Nurəddin İslamov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının sədri N.İslamov bu cür tədbirlərin vacibliyini, həyata keçirdikləri layihədən bir sıra müsbət nəticələr gözlədiklərini bildirib.
DQİDK-nin Dini Qurumlarla İş üzrə şöbəsinin aparıcı məsləhətçisi Tural Əliyev öz çıxışında zərərli vərdişlərin gənclər üçün təhlükəli olmasından, onlara qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin qorunmasının əhəmiyyətli təsirə malik olmasından danışıb. Natiq bildirib ki, milli-mənəvi dəyərlərimizi qoruyaraq onu gələcək nəsillərə çatdırmaq bizim başlıca hədəfimiz olmalıdır.
Daha sonra tədbirdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Kənan Tacızadə və DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyidkamil Mirhəsənli zərərli vərdişlərin mahiyyətindən, onlara qarşı mübarizədə vətənpərvərlik motivlərinin gənc nəslə aşılanmasının vacibliyindən bəhs ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 11-01-2019, 10:37 eye 876 eye Paylaş