"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Qaxda “İslamda vəhdət anlayışı” adlı maarifləndirici tədbir keçirilib

Yanvarın 9-da Qax rayonu Güllük kəndində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qax rayonu Güllük kəndi “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Milli həmrəylik və din” adlı layihə çərçivəsində “İslamda vəhdət anlayışı” adlı maarifləndirici tədbir keçirilib. 
Tədbiri giriş sözü ilə açan Güllük kənd “Cümə” məscidi dini icmasının sədri  Rəhim Hüseynov həyata keçirilən layihə barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək dini icmalara əhali arasında geniş maarifləndirmə tədbirlərinin keçirilməsi üçün göstərilən maddi dəstəyə və eyni zamanda  din xadimlərinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dini icma üzvləri adından minnətdarlığını bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən  İlqar Vəliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş  və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən dövlət-din münasibətlərindən ətraflı məlumat verib. İslam dininin sülh dini, birlik və bərabərlik, qardaşlıq, əxlaq və mənəviyyat dini olduğunu qeyd edərək dinlərarası və məzhəblərarası dialoqun əldə olunmasında vəhdətin vacibliyini vurğulamış, milli həmrəyliyin qorunmasında və daha da güclənməsində vəhdətin rolundan danışıb. Mənəvi və ənənəvi İslam dini dəyərlərinin qorunub saxlanılmasının əhəmiyyətini vurğulayaraq dini radikalizmi, xurafat və mövhumatı yayanlara qarşı ictimai qınağın artırılmasının  vacib olduğunu  bildirib. 
Daha sonra çıxış edən Qax RİH-nin nümayəndəsi Fərid Muradov, RİHBA-nın Güllük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov həyata keçirilən layihənin olduqca əhəmiyyətli olduğunu bildirərək, dini icmalara və din xadimlərinə göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirmişlər.         
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 10-01-2019, 11:26 eye 761 eye Paylaş