"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Masallıda “İslamda vətən və dövlət sevgisi” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 9-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Masallı rayonu Meşəkənarı kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Dövlətçiliyimizin möhkəmləndirilməsində mənəvi dəyərlər amili“  adlı layihə çərçivəsində “İslamda vətən və dövlət sevgisi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, şöbənin baş məsləhətçisi Kamil Bağırov, II Səmidxan kənd məscidi dini icmasının sədri Ələddin Mirzəyev, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Ziyalı Azad Vəliyev tədbiri giriş sözü ilə açaraq, Azərbaycan oğullarının qəhrəmanlıq yolundan danışıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov bildirib ki, hər bir insan üçün ölkə və millətini sevmək, onun səadətinə və yüksəlməsinə çalışmaq, hökumətin qanunlarına və əmrlərinə tabe olmaq bir vəzifədir. Ölkəmizi düşmən hücumundan qorumaq, ölkənin içində xalqın rahatlığını və sabitliyini təmin etmək üçün dövlətin qurduğu orduda xidmət etmək hər bir vətəndaşın üzərinə düşən vəzifədir.
İcma sədri Ələddin Mirzəyev  qeyd edib ki, əsgərlik vəzifəsi yurdumuz və hökumətimiz üçün yerinə yetirdiyimiz vəzifələrdən ən şərəflisidir. Bizim dinimizdə əsgərlik mərtəbəsi çox ucadır. Əsgər savaşda ölərsə şəhidlik, qalarsa qəhrəmanlıq dərəcəsinə yetişər. 
Başqa çıxışçılar mövzu ətrafında fikirlərini bölüşdürərək belə layihələrin keçirilməsinə görə Mənəvi Dəyərlərinin Təbliği Fonduna   minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 10-01-2019, 11:24 eye 797 eye Paylaş