"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Lerikdə "Dinimiz milli-mənəvi sərvətimizdir" mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 9-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lerik rayonu Bırkandul  kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam Həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə rolu” adlı layihə çərçivəsində rayonun Günəşli kənd məscidində maarifləndirici tədbir keçirilib. 
“Dinimiz milli-mənəvi sərvətimizdir” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı  Azər Həsənov, Bırkandul kənd məscidi dini icmasının sədri Şəfaət Heydərov, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında dinimizin mənəvi sərvətimiz olduğunu qeyd edib. A.Həsənov ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması sahəsində dövlətin həyata keçirdiyi tədbirlər haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev çıxışında  milli-mənəvi dəyərlərimizin ən önəmli komponentlərindən biri olan  dini dəyərlərimizə dövlətin diqqət və qayğısından bəhs edib.
Bırkandul kənd məscidi dini icmasının sədri Şəfaət Heydərov, kənd ağsaqqalı Fərman  Hüseynov və digərləri mövzu ilə bağlı çıxış edərək keçirilən tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 10-01-2019, 11:22 eye 956 eye Paylaş