"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun maliyyə dəstəyi ilə Lənkəranda maarifləndirici tədbir keçirilib

Yanvarın 9-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi Lənkəran rayonu Göyşaban kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” adlı layihə çərçivəsində Göyşaban kənd məscidində maarifləndirici tədbir keçirilib. 
“Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Lənkəran ŞİH Başçısının Göyşaban kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Yusif Xamıyev, Göyşaban  kənd məscidi dini icmasının sədri Marafat Musayev və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dini dəyərlərin mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu qeyd edib. Q.Məmmədov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin və İslam Həmrəyliyinin “Azərbaycan modeli” haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Lənkəran ŞİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında islam dininin elm, mədəniyyət və həmrəylik dini olduğunu bildirib. A.İmanlı Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra xalqımızın milli-mənəvi dəyərlərinin qorunması sahəsində mühüm tədbirlər görüldüyünü vurğulayıb.
Göyşaban  kənd məscidi dini icmasının sədri Marafat Musayev və digərləri çıxışlarında mövzu ilə bağlı fikirlərini qeyd ediblər.
 Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 10-01-2019, 11:19 eye 874 eye Paylaş