"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Cəlilabadda “Torpaq uğrunda ölən varsa..” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 9-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Cəlilabad rayonu Maşlıq kənd “Şəhidlər” məscidi dini icmasının təşkilatçılığı ilə “Şəhidlərimiz qəhrəmanlarımızdir” adlı layihə çərçivəsində “Torpaq uğrunda ölən varsa” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Tural Şahmarov, Maşlıq kənd “Şəhidlər” kənd məscidi dini icmasının sədri Həmzəxan Məhərrəmov, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ziyalı Yaqub Mənsibov Azərbaycan xalqının vətənpərvərlik ənənələrindən söhbət açaraq, adı dillərdə gəzən vətən oğullarından və milli qəhrəmanların şücaətindən danışıb.
DQİDK Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bildirib ki, dinimizdə torpaq uğrunda ölənlər müqəddəsdir və Şəhid adını daşıyır. Şəhidlik böyük rütbədir. O, igidlərimizin qəhrəmanığından danışaraq, həmin oğullarımızın 2016-cı ilin aprel döyüşlərindəki şücaətindən nümunələr gətirdi. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində təhsil ocaqlarının məsuliyyətini diqqətə çatdırıb.
İcma sədri Həmzəxan Məhərrəmov, müəllim Hacı Rəhimov və başqaları çıxışlarında mövzu ətrafında fikirlərini səsləndirilmiş və belə layihələrin keçirilməsinə görə Mənəvi Dəyərlərinin Təbliği Fonduna  minnətdarlıqlarını ifadə ediblər. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 10-01-2019, 11:14 eye 683 eye Paylaş