Yanvarın 9-da Mənəvin Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağstafa rayon “İmam Əli” adına Cümə məscidi dini icmasının təşkilatçılığı ilə “Vətəni sevməyən insan olmaz” layihəsi çərçivəsində Ağstafa şəhər mədəniyyət evində “Azərbaycan dünyəvi dövlətdir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Qərib Abbasov, Ağstafa rayon İmam Əli adına “Cümə” məscidi dini icmasının sədri Şahin İsmayılzadə rayon gəncləri və ictimayyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın rayon üzrə nümayəndəsi Qərib Abbasov Azərbaycanda və dünyada gedən proseslərə diqqəti çəkərək ölkəmizdəki əmin amanlığı bütün dünyaya nümunə olması haqda danışıb.
Ağstafa rayon İmam Əli adına “Cümə” məscidi dini icmasının sədri Şahin İsmayılzadə öz çıxışında Azərbaycan sevgisi, dövlət və dövlətçiliklə bağlı geniş çıxış edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və DQİDK-nın sifarişi ilə nəşr olunan maarifləndirici kitablar və broşurlar paylanılıb.