Yanvarın 9-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının təşkilatçılığı ilə Ağcabədi rayonu Muğanlı kənd Klubunda “Ailə dəyərləri milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzulu layihə çərçivəsində “Yad təsirlər və ailə dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, Ağcabədi rayonu Muğanlı kənd ərazi dairəsi üzrə nümayəndəsi Fərəc Fərəcov, icma üzvləri, kənd sakinləri və kənd ağsaqqalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev bildirib ki, Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib. Elə bu səbəbdən də, ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub. Ailə yüksək mənəvi dəyərlərinin qoruyucusu olmaqla yanaşı, həm də genofondumuzun daşıyıcısı kimi inkişafımızda mühüm rol oynayıb.
Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Yad təsirlər və ailə dəyərlərimiz” mövzusunda çııxış edib. Təyyar Hacıyev Azərbaycan xalqının hər zaman milli-mənəvi dəyərlərə sadiqlik göstərdiyini, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirdiyini qeyd edib. Ailələrin sağlam və xoşbəxt yaşamaları üçün onun üzvləri arasında səmimiyyət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. O, ailə anlayışına dövlətimiz tərəfindən də hər zaman xüsusi diqqət göstərdiini diqqətlərə çatdırıb.
Ağcabədi rayonu Muğanlı kənd ərazi dairəsi üzrə nümayəndəsi Fərəc Fərəcov çıxış edərək valideyn-övlad münasibətlərində, yoldaşlıq və dostluq kimi əxlaqi dəyərlərin təbliğində belə tədbirlərin böyük əhəmiyyətinin olduğunu vurğulayıb.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb.