"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Abşeron rayonu Saray qəsəbəsində “İslami mötədilliyin Azərbaycan nümunəsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 7-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Abşeron rayonu Saray qəsəbə “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “İslam həmrəyliyi-dini vəhdətə çağırış” layihəsi çərçivəsində “İslami mötədilliyin Azərbaycan nümunəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, dini icmanın sədri Tahirov Qalim, məscidin mütəvəllisi Əli Şərbətov, icma üzvləri, ziyalılar və din xadimləri iştirak ediblər.
 Tədbiri giriş sözü ilə açan Əli Şərbətov tədbirin Cənab Prezidentin sərəncamına əsasən Dövlət Komitəsinin maliyə yardımı ilə keçirildiyini vurğulayaraq göstərilən dəstəyə görə öz təşəkkürünü ifadə edib. Ə.Şərbətov öz çıxışında bildirib ki, birgəyaşayış ənənəsi və tolerantlıq bizə yad deyil, məhz İslamın mahiyyəti tolerant olmağı, radikallıqdan uzaq olmağı buyurur. İslam dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. Bildirmişdir ki, tolerantlıq qarşısında güclü dözümlülük nümayiş etdirmək deyil, özündən zəifə, yaxud bərabər olana eyni cür münasibəti bəsləməyi bacarmaqdır.
Daha sonra çıxış edən Y.Abdullayev milli-mənəvi dəyərlər sistemimizin tərkib hissəsi olan tolerantlıq, birgəyaşayış ənənlərinin ölkəmizdə formalaşma tarixindən, zaman-zaman xarici təsirlər vasitəsilə bu zənginliyimizi əlimizdən almağa çalışanların bu niyyətlərinə çatmadığından bəhs edərək qeyd edib ki, tarixi köklərə söykənən dini inanc sistemimiz və müxtəlif dövrlərdə tarixin sınağından keçərək günümüzə qədər qoruyub saxladığımız dəyərlər bizə yad təsirlərə, radikal dini cərəyanlara qarşı mübarizədə qalxan rolunu oynayır. Lakin fanatik, radikal dini düşüncə tərzinə sahib olan, xarici dairələrin raporu kimi ölkəmizdə fəliyyət göstərməyə cəhd göstərən dini qrupların fəaliyyəti inzibati yollarla yanaşı aparılan maarifləndirmə işləri nəticəsində alınır.
Dini icmanın sədri Q.Tahirov İslamın sülh dini olduğunu, zorakılığı qətiyyətlə pislədiyini bildirərək Qurani-Kərimdən sitatlar gətirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 7-01-2019, 11:05 eye 680 eye Paylaş