Yanvarın 8-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xətai rayonu Mirtağı məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimizdə həmrəylik prinsipi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhər üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov, Xətai RİH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Mirtağı məscidi dini icmasının sədri Mircəfər Nəsirov, Mirtağı məscidinin imamı Səlim Kərimov, imam müavini Murad Paşazadə iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mirtağı məscidi dini icmasının sədri Mircəfər Nəsirov çıxışında keçirilən tədbirin milli-mənəvi dəyərlərimizin qorunması işində əhəmiyyətli rol oynadığını qeyd edib.
DQİDK-nin Bakı şəhər üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov öz çıxışında milli-mənəvi dəyərlərimizin kökündə həmrəylik amilinin dayandığını qeyd etməklə yanaşı, milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən də söz açıb. Xətai RİH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq xalqımızın milli-mənəvi dəyərlərə sıx bağlılığını diqqətə çatdırıb.
Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.