"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun maliyyə dəstəyi ilə Xaçmazda milli-mənəvi dəyərlərin təbliğinə həsr olunmuş tədbir keçirilib

Yanvarın 4-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xaçmaz rayonu Həsənqala kəndi “Həsənqala” məscidi dini icmasının təşkilatçılığı ilə Həsənqala kənd məscidində “Milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanması” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov, Xaçmaz rayonu Həsənqala kənd tam orta məktəbinin direktoru Ağaverdi Qədirov, Xaçmaz rayonu Həsənqala kəndi “Həsənqala” məscidi dini icmasının sədri Davud Qəhrəmanlı, dindarlar, gənclər və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov tədbirdə geniş məruzə ilə çıxış edərək qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəslə olduğu kimi ötürülməsi ən vacib məsələlərdəndir. Məhz buna görə də yeniyetmə və gənclərə bu sahədə biliklər verilməli, xüsusi diqqət ayrılmalıdır. 
Xaçmaz rayonu Həsənqala kənd tam orta məktəbinin direktoru Ağaverdi Qədirov tədbirdə çıxış edərək dövlətin təhsilə qayğısından danışıb və vurğulayıb ki, təhsil sahəsində mənəvi dəyərlərin təbliğinə xüsusi önəm verilir.
Xaçmaz rayonu Həsənqala kəndi “Həsənqala” məscidi dini icmasının sədri Davud Qəhrəmanlı tədbirdə çıxış edib. Bildirib ki, dövlətin dini sahəyə, o cümlədən dindarlara və dini icmalara diqqət və qayğısı yüksək səviyyədədir. Ölkənin din xadimləri də milli-mənəvi dəyərlərin gənc nəslə çatdırılması sahəsində ibadət yerlərində maksimum dərəcədə iş aparır və bunun müsbət təsiri hiss olunmaqdadır. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 4-01-2019, 11:56 eye 978 eye Paylaş