"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Sabirabadda “Gənc nəslin tərbiyəsində rast gəlinən zərərli vərdişlər və onlara qarşı mübarizə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 8-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Sabirabad rayonu Həşimxanlı kənd məscidi dini icmasının təşkilatçlığı ilə Sabirabad rayonu Həşimxanlı kənd məscidi dini icmasında “İslamda ailə dəyərləri”  layihəsi çərçivəsində “Gənc nəslin tərbiyəsində rast gəlinən zərərli vərdişlər və onlara qarşı mübarizə üsulları” mövzusunda maarifləndirici   tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin  müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin əməkdaşları Elvin İbrahimov, Elbəy Dəmirov,  Sabirabad rayonu Həşimxanlı kənd məscidi dini icmasının sədri Mirzəbala Tağıyev, dini icma üzvləri, kənd ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər. 
Tədbiri giriş sözü ilə Sabirabad rayonu  Həşimxanlı  kənd məscidi dini icmasının sədri Mirzəbala Tağıyev açaraq,  ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların zərərli vərdişlərdən, dini radikalizmdən qorunması sahəsində mühüm tədbirlər həyata keçirildiyini tədbir iştirakçılarının  diqqətinə çatdırıb. Dini  icma sədri gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin, elm və təhsilə yiyələnmələrinin əhəmiyyətini vurğulayıb.
DQİDK-nin İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov mövzu ətrafında geniş çıxış etdi. O, zərərli vərdişlərin cəmiyyətə gətirdiyi bəlalardan da bəhs edərək, bu vərdişlərlə mübarizədə milli mənəvi dəyərlərin rolundan və gənclər arasında maarifləndirmə işinin aparılmasını bildirib.
Daha sonra dini icmanın üzvü  Radəsən Zərbaliyev çıxış edərək, bu cür maarifləndirici tədbirlərin yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında, onların dini radikalizmdən və  zərərli vərdişlərdən  qorunmasında mühüm əhəmiyyəti olduğunu qeyd edib.  
Tədbirin sonunda  tədbir iştirakçılarını maraqlandıran sullar cavablandırılıb və DQİDK-nın sifarişi ilə hazırlanmış maarifləndirmə ədəbiyyatı hədiyyə edilib.

calendar 9-01-2019, 10:54 eye 736 eye Paylaş