"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Şimal bölgəsində növbəti maarifləndirici tədbir keçirilib

Yanvarın 4-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının təşkilatçılığı ilə II Nügədi kənd klubunda “Gənc nəslin yetişməsində milli-mənəvi dəyərlərimizin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Anar Murtuzov, Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə, gənclər, ağsaqqallar, dindarlar və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə geniş məruzə ilə çıxış edərək qeyd edib ki, milli-mənəvi dəyərlər xalqımızın kimliyini özündə əks etdirən zəngin mədəni irsdir. Əsrlər boyu Azərbaycan xalqı bu adət-ənənələrə sadiq qalaraq günümüzə qədər gətirib çıxarıb. Bu irsin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsində gənclərin maarifləndirilməsi vacib amillərdəndir.  
Quba rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Anar Murtuzov tədbirdə çıxış edərək dövlətin təhsilə qayğısından danışıb, milli-mənəvi dəyərlərin təbliğində təhsil müəssisələrinin rolundan bəhs edib.
Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə, “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov və digər çıxış edənlər qeyd ediblər ki, dini ibadət yerlərinin ən önəmli işi dinimizi ənənəvi şəkildə gənclərə çatdırmaqdan ibarətdir. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 4-01-2019, 10:44 eye 857 eye Paylaş