"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Qobustanda "Vətən nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvar 8-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qobustan rayon Çalov kənd  məscidi dini icmasının təşkilatçılığı ilə Qobustan rayonu Çalov kənd  məscidində “Vətəni sevgisi imandandır” adlı layihə çərçivəsində “Vətən nədir?”   mövzusunda   maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov,  Qobustan şəhəri “Heydər” məscidi dini icmasının sədri Çingiz Babaşov, Çalov kənd məscidi dini icmasının sədri Həqiqət Rəcəbov, Cəyirli kəndi “İmam Zaman” məscidi dini icmasının sədri Məzahir Axundov və kənd ictimaiyyəti iştirak edib. 
Tədbiri giriş sözü ilə açan Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aftandil Şikarov Vətən anlayışının müqəddəs olmasından, cəmiyyətdə vətənpərvərlik ruhunun güclənməsindən danışıb..
Daha sonra çıxış edən DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov vətən sevgisinin əhəmiyyətindən və onun milli-mənəvi dəyərlərimizin ən əsas hissəsi olmasından bəhs edib.
Qobustan şəhər “Heydər” məscidi dini icmasının sədri Çingiz Babaşov, Çalov kənd məscidi dini icmasının sədri Həqiqət Rəcəbov, kənd ağsaqqalları İslamda vətən anlayışının dəyərindən, vətənə bağlılığın dində vacib olmasından bəhs ediblər.
Sonda tədbir iştirakçıarını maraqlandıran suallar cavabandırılıb.

calendar 9-01-2019, 10:41 eye 928 eye Paylaş