Yanvarın 8-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Bəlləbur kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Dinimiz milli-mənəvi sərvətimizdir” adlı layihə çərçivəsində rayonun Şovu kənd məscidində maarifləndirici tədbir keçirilib.
“Dini radiklaizm və onun fəsadları” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov, Şovu kənd məscidi dini icmasının sədri Qurban Hüseynov, kənd ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dini radikalizm və onun fəsadları, eləcə də ölkəmizdə dini radikalizmə qarşı aparılan mübarizədən danışıb. Natiq mövzunun aktuallığını qeyd edərək bu istiqamətdə keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.
Lənkəran ŞİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında dini radikalizm və onun mahiyyəti haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Şovu kənd tam məktəbinin direktor müavini Ramazan Ağayev, Şovu kənd məscidi dini icmasının sədri Qurban Hüseynov və digərləri çıxışlarında mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.