"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Astarada milli-mənəvi dəyərlərin təbliğinə həsr edilmiş növbəti maarifləndirici tədbir keçirilib

Yanvarın 8-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Astara rayonu Təngərüd kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində rayonun Lovayın kənd Mədəniyyət klubunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDKLənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Kijəbə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Şahin Əmənullayev, Bələdiyyə sədri Ağadadaş Qənbərov, Təngərüd kənd məscidi dini icmasının sədri Vahid Allahverdiyev, Kijəbə qəsəbə məscidi dini icmasının sədri Ələkbər İsayev və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında multikulturalizmin Azərbaycan modelinin məntiqi və ideya davamı kimi İslam Həmrəyliyinin Azərbaycan nümunəsi və xalqımızın zəngin milli-mənəvi dəyərləri haqqında tədbir iştirakçılarına məlumat verib. T.Həsənzadə ölkəmizdə dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, dini icmaların həmrəylik, birlik şəraitində fəaliyyət göstərdiyini qeyd edərək, belə bir mühitdə dini radikalizmə yer olmadığını diqqətə çatdırıb.
QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli çıxışında əsrlər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və məzhəblər arasında mövcud olan qarşılıqlı hörmət, etimad və həmrəylik münasibətlərini vurğulayıb.
Astara RİH başçısının Kijəbə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Şahin Əmənullayev, bələdiyyə sədri Ağadadaş Qənbərov və digərləri çıxışlarında mövzu ilə bağlı fikirlərini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 9-01-2019, 10:26 eye 926 eye Paylaş