"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Qazaxda "Torpaq uğurunda ölən varsa vətəndir” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 8-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qazax rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Azərbaycan var olsun” adlı layihəsi çərçivəsində Qazax rayon Mədəniyyət Mərkəzində “Torpaq uğurunda ölən varsa vətəndir” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, şöbənin əməkdaşları Pərvin Zeynalov və Ceyhun Rüstəmov, Qazax Rayon İcra Hakimiyyətində içtimai-siyasi və humanitar məsələlər üzrə  şöbənin müdir müavini dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, Qazax rayon “Cümə” məscidi dini icmasının sədri  İlham Süleymanov, eləcə də rayon ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə Qazax Rayon İcra Hakimiyyətində içtimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açaraq mövzunun aktuallığını qeyd edib.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyevə bu gün Azərbaycanda Vətənpərvərlik mövzusunun vacib olduğunu və torpaqlarımızın mənfur düşmənlərin işğalından azad olunması üçün Mübariz İbrahimov kimi qəhrəmanlara ehtiyacımızın olduğunu vurğulayıb. 
Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

calendar 9-01-2019, 11:21 eye 843 eye Paylaş