Yanvar 7-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Yardımlı şəhəri Daşkənd məhəllə məscidi dini icmasının təşkilatçılığı ilə “Dinimiz və milli-mənəvi dəyərlərimiz “ adlı layihə çərçivəsində “Milli-mənəvi dəyərlərin inkişafında Ulu Öndərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli, Yardımlı Rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Şəhriyar Şabıyev, Yardımlı şəhər Daşkənd məhəllə məscidi dini icmasının sədri Elşad Xankişiyev, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yardımlı şəhər Daşkənd məhəllə məscidi dini icmasınin sədri Elşad Xankişiyev xalqımızın milli-mənəvi dəyərlərinin inkişafında Ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb.
DQİDK Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli bildirib ki, Ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərində xalqımızın milli-mənəvi dəyərlərini, o cümlədən dini dəyərlərini ona qaytaran, dini məkanlarımızın təmir və bərpasını diqqətdə saxlayan, milli bayramlarımızı dövlət səviyyəsində tanıdan dahi bir şəxsiyyət idi.
Yardımlı Rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Şəhriyar Şabıyev çıxışında Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinə verdiyi töhfələrdən söz açıb.
Ziyalı Asəf Əliyev və başqaları çıxışlarında mövzu ətrafında fikirlərini bölüşərək belə layihələrin keçirilməsinə görə Mənəvi Dəyərlərinin Təbliği Fonduna minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.