Yanvarın 7-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icmasının təşkilatçılığı ilə “Vətən anlayışı və milli-mənəvi özünüdərk” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Fuad Vasif Musayev, Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icmasının sədri Əmirxan Tahirov iştirak ediblər.
Çıxışlar zamanı milli-mənəvi və dini dəyərlərə sadıqliyin vacibliyi diqqətə çatdırılmış, müqəddəs İslam dini dəyərlərinin hər zaman cəmiyyətimizdə vəhdətin, qardaşlığın, birliyin və həmrəyliyin təminatçısı olması vurğulanıb. Tədbirdə Azərbaycan xalqının qədim dövrlərdən bu günədək multikultural şəraitdə yaşamasında və tolerantlıq dəyərlərinin qorunub saxlanılmasında İslam dinin rolundan danışılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.