"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Bakı şəhəri Xətai rayonunda “Milli-mənəvi dəyərlərimizdə həmrəylik prinsipi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.

    Yanvarın 04-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xətai  rayonu Mirtağı məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimizdə həmrəylik prinsipi” adlı layihə çərçivəsində  maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhər üzrə şöbəsinin əməkdaşı Nuru İmanov, Xətai RİH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini-dini qurumlarla işin  təşkilatçısı Məhəmməd İbrahimov, Mirtağı məscidi dini icmasının sədri Mircəfər Nəsirov, Mirtağı məscidinin imamı Səlim Kərimov, imam müavini Murad Paşazadə iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mirtağı məscidi dini icmasının sədri Mircəfər Nəsirov çıxışında keçirilən tədbirin milli-mənəvi dəyərlərimizin qorunmasında əhəmiyyətli rol oynadığını qeyd edib. DQİDK-nin Bakı şəhər üzrə şöbəsinin əməkdaşı Nuru İmanov öz çıxışında milli-mənəvi dəyərlərimizin kökündə həmrəylik amilinin dayandığını qeyd etməklə yanaşı, milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən də söz açıb. Xətai RİH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini-dini qurumlarla işin  təşkilatçısı Məhəmməd İbrahimov milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq xalqımızın milli-mənəvi dəyərlərə sıx bağlılığını diqqətə çatdırıb.

calendar 4-01-2019, 16:45 eye 856 eye Paylaş