4 yanvar 2019-ci il tarixində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qəbələ rayon Soltannuxa kənd Cümə məscidi dini icmasının təşkilatçılığı ilə Qəbələ rayonu Soltannuxa kənd Cümə məscidində “Milli-mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində “Xalqımızın ənənəvi dəyərləri” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Soltannuxa kənd dini icmasin sədri Seymur Mahmudov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Zaman Şirinov, Soltannuxa kənd dini icmasının imamı Mahir Sabitov və kənd sakinləri iştirak edib. Tədbiri giriş sözü ilə açan Soltannuxa kənd dini icmasin sədri Seymur Mahmudov qeyd edib ki, mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına, musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Biz bu torpağın üstündə gəzir, bu torpaqda, bu Vətəndə yaşayırıq və ona görə də bacardığımız qədər Vətənin adını uca tutmalı, öz nailiyyətlərimizlə hər kəsi buna vadar etməliyik. Daha sonra çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Zaman Şirinov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla davam etdiyini qeyd etmiş, əldə olunmuş nailiyyətlərdən bəhs etmişdir. Multikulturalizm – həyat tərzi və dövlət siyasətindən, Azərbaycanda mövcud olan dini tolerantlıqdan danışmış, Azərbaycan xalqının əsirlər boyu formalaşdırdığı zəngin milli-mənəvi dəyərlər sistemindən, mənəvi dəyərlərimizin qorunub saxlanılmasının, öyrənilməsinin və yaşadılmasının vacibliyindən eyni zamanda xalqımızın adət-ənənələrinin qorunub saxlanılmasından bəhs etmişdir. Dini radikalizmi yaradan xurafat və mövhumatdan, yad təsirlərdən qorunmaq üçün gənclərin mili-mənəvi dəyərlərə bağlı olmalarının və təhsilli olmalarının vacibliyi qeyd edib. Soltannuxa kənd dini icmasin imamı Mahir Sabitov çıxış edərək bildirib ki, mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayaraq, keçirilən bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.