"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Masallı rayonunda Məhərrəmlik ayı ilə əlaqədar “Şəhidlik - mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib.

Sentyabr ayının 24-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Masallı rayonunda Məhərrəmlik ayı ilə əlaqədar “Şəhidlik - mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mirqiyas Təhməzov, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Komitənin şöbə müdiri Miryəhya Bədirov maarifləndirmə sahəsində görülən işlərdən danışdı və tədbirin əhəmiyyəti haqqında söhbət açdı.
Tədbirdə çıxış edən Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev Məhərrəmlik ayının və Aşura gününün əsrlər boyu xalqımız tərəfindən hörmət və ehtiramla yad edildiyini bildirdi. İcraçı direktorun müavini şəhidlik anlayışı, onun mahiyyəti və Aşura mərasimi haqqında danışaraq bu tədbirlərin qanunlara uyğun şəkildə keçirilməsinin vacibliyini vurğuladı. 
Daha sonra çıxış edən ilahiyyat üzrə fəlsəfə doktoru, ekspert Aslan Həbibov Məhərrəmlik və Aşuranın tarixdəki yeri haqqında geniş məruzə ilə çıxış etdi. Ekspert Kərbəla hadisəsinin vətənpərvərlik ruhunun yüksəlməsində böyük rol oynadığını qeyd etdi.
QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov Mənəvi Dəyərlərin Təbliği Fonduna dərin minnətdarlığını bildirərək dini sahədə görülən işlərə görə dövlət rəhbərliyinə təşəkkür etdi.
Tədbirin sonunda şəhidlərin ruhuna dualar edildi.

calendar 24-09-2018, 17:18 eye 901 eye Paylaş