"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun dəstəyi ilə Cocuq Mərcanlıda maarifləndirici tədbir keçirilib.

04.01.2019-cu il tarixində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının təşkilatçılığı ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd klubunda “Milli-mənəvi irs Azərbaycan xalqını bütövləşdirən və zənginləşdirən amil kimi” adlı layihə çərçivəsində “Milli adət və ənənələr mənəvi dəyərlərimizin tərkib hissəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Mehtixan Zeynalov, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Atakişi Atakişiyev, ilk “Əmək qəhrəmanı” ordeni almış Oqtay Həziyev, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri və imamı Elman Piriyev, ziyalılar, dini icma üzvləri və kənd sakinləri iştirak etmişdilər. Tədbiri giriş sözü ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri və imamı Elman Piriyev açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Cəbrayıl rayonunda ilk məscid olaraq Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarı tikilmişdir. Azərbaycan  Prezidentinin  Cocuq Mərcanlıya göstərdiyi diqqət və qayğı hamıya bəllidir. Elman Piriyev bildirdi ki, Azərbaycan gənclərinin  vətənpərvərliyi və milli-mənəvi dəyərlərimizə bağlılığı bizim qürur yerimizdir. Bu günkü mövzu da  bu cəhətdən çox aktualdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov “Milli adət və ənənələr mənəvi dəyərlərimizin tərkib hissəsidir” mövzusunda məruzə etmişdir. O, bildirdi ki, hər bir xalqı dünyada tanıdan və digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri də onun milli mənəvi dəyərləri, adət-ənənələridir. Milli adət və ənənələrimiz və milli mənəvi dəyərlərimiz ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayaraq güclü və qüdrətli dövlət quruculuğu prosesinə öz töhfəsini verməkdə davam edir. Məruzə ətrafında Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Atakişi Atakişiyev, ilk “Əmək qəhrəmanı” ordeni almış Oqtay Həziyev və Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev də çıxış edərək bildirdilər ki, xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətlərimizi bu gün də yaşadır və inkişaf etdirir. 
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı və çay süfrəsi təşkil olundu.

calendar 4-01-2019, 16:40 eye 661 eye Paylaş