Dekabrın 28-də Mənəvi Dəyərlərin Təbliği Fondu maliyyə dəstəyi və Yardımlı rayonu Şıxlar kənd məscidi dini icmasının təşkilatçılığı ilə V.A.Bəndəliyev adına Urakəran tam orta məktəbində “Milli-mənəvi dəyərlərimizi qoruyaq” adlı layihə çərçivəsində “İslam dini mənəvi dəyərlərə yardımçıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli, Yardımlı Rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Şəhriyar Şabıyev,Yardımlı Rayon Təhsil şöbəsinin əməkdaşı Tahir Rüstəmov, V.A.Bəndəliyev adına Urakəran kənd tam orta məktəbinin direktoru Şahin Salmanov, Şıxlar kənd məscidi dini icmasınin sədri Sadıq Talıbov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan V.A.Bəndəliyev adına Urakəran kənd tam orta məktəbinin direktoru Şahin Salmanov İslam dininin xalqımızın mənəvi dəyərlərindəki rolundan danışıb.
DQİDK Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli İslam dininin sülh və qardaşlıq dini olduğunu bildirib. İslamda insanların mənəvi inkişafına böyük önəm verilir. Azərbaycan xalqı tarixən İslamın humanist ideya və fikirlərini əldə əsas tutaraq öz milli-mənəvi dəyərlərini inkişaf etdirmişdir.
Yardımlı Rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Şəhriyar Şabıyev çıxışında xalqımızın bir çox milli dəyərlərinin, xüsusən də ailə dəyərlərinin və yaşlı nəslə ehtiramın İslamdan qaynaqlandığını diqqətə çatdırıb.
İcma sədri Sadıq Talıbov və başqaları çıxışlarında mövzu ətrafında fikirlərini bölüşərək belə layihələrin keçirilməsinə görə Mənəvi Dəyərlərinin Təbliği Fonduna minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.