Dekabrın 28-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xətai rayonu Mirtağı məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində Mirtağı məscidində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhər üzrə şöbəsinin əməkdaşı Vasif Musayev, Xətai rayonu Mirtağı məscidi dini icmasının sədri Mircəfər Nəsirov, Xətai RİH-nin İctimaiyyətlə əlaqaələr şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Mirtağı məscidinin imamı Səlim Kərimov, imam müavini Murad Paşazadə iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mirtağı məscidi dini icmasının sədri Mircəfər Nəsirov çıxışında keçirilən tədbirin gənclərin sağlam və vətənpərvər ruhda böyüməsində vacib rol oynadığını vurğulayıb.
DQİDK-nin Bakı şəhər üzrə şöbəsinin əməkdaşı Vasif Musayev çıxışında ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların zərərli vərdişlərdən, dini radikalizmdən qorunması, eləcə də, erkən nikahların aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. V.Musayev milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsində gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib.
Digər tədbir iştirakçıları öz çıxışlarında dini radikalizmə qarşı mübarizədə gənclərin elm və təhsilə yiyələnmələrinin, milli-mənəvi dəyərlər ruhunda formalaşmalarının əhəmiyyətini qeyd ediblər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.