Dekabrın 27-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şirvan şəhər Zeynalabidin məscidi dini icmasının təşkilatçılığı ilə Şirvan şəhər 18 saylı orta məktəbdə “Şəhidlərimiz Qəhrəmanlarımızdır!” adlı layihə çərçivəsində “Şəhidlərimiz qürur mənbəyimizdir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçi vəzifəsini icra edən Mürşüd Rzayev, Şirvan şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, Şirvan şəhər 9 saylı orta məktəbin direktoru Güllü Rzayeva, məktəbin müəllim və şagirdləri iştirak edilər.
İlk öncə Şirvan şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov çıxış edərək bildirib ki, şəhidlər vətən, xalq və haqq uğrunda savaşdan məğrurluqla çıxıb, bir anın içində milyonların əzizinə, vətən oğluna çevrilib ölümü ilə də bu torpağı şərəfləndirənlərdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan şöbəsinin baş məsləhətçi vəzifəsini icra edən Mürşüd Rzayev qeyd edbi ki, şəhidlik insanın Allaha, Vətənə, haqqa olan sevgisinin həyat-ölüm astanasında qeyd-şərtsiz şəhadət tapdığı ali məqamdır.
Şirvan şəhər 9 saylı orta məktəbin direktoru Güllü Rzayeva, Milli qəhrəmanlarımızdan bəhs edərək bildirib ki, şəhid valideynlərinin o dərdin, acının içində balasından yadigar bayrağı köksünə sıxıb qəzəb və qürurla "Vətən sağ olsun!" deməsi bir daha göstərdi ki, "Azərbaycan!", "Vətən!" anlayışı, məfhumu artıq 9 milyonluq bir xalqı birləşdirən sarsılmaz ideologiyaya, qələbə əzminə çevrilib.
Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.