"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Cəlilabadda “İslam dini və şəhidlik” mövzusunda maarifləndirici tədbir keçirilib

Dekabrın 28-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Cəlilabad rayonu Maşlıq kənd “Şəhidlər” məscidi dini icmasının təşkilatçılığı ilə Nizami Alışov adına Maşlıq kənd tam orta məktəbində “Şəhidlərimiz qəhrəmanlarımızdir” adlı layihə çərçivəsində “İslam dini və Şəhidlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Tural Şahmarov, Nizami Alışov adına Maşlıq kənd tam orta məktəbinin direktoru İsrafil Nəsirov, Maşlıq kənd “Şəhidlər” kənd məscidi dini icmasınin sədri Həmzəxan Məhərrəmov, ziyalılar, ictimaiyyət nümatəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nizami Alışov adına Maşlıq kənd tam orta məktəbinin direktoru İsrafil Nəsirov Azərbaycan xalqının vətənpərvərlik ənənələrindən söbət açaraq, adı dillərdə gəzən vətən oğullarından və milli qəhrəmanların şücaətindən danışıb.
DQİDK Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bildirdi ki, tarixən qəhrəmanlar diyarı kimi tanınan Azərbaycanımızın şəhidlik ənənələri vardır.  O, bu ənənələri  şərəflə davam etdirən  igidlərimizin qəhrəmanığından danışaraq, həmin oğullarımızın 2016-cı ilin aprel döyüşlərindəki şücaətnidən nümunələr gətirdi. Natiq G
gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ailə tərbiyəsinin və təhsil ocaqlarının məsuliyyətini diqqətə çatdırdı.
İcma sədri Həmzəxan Məhərrəmov və başqaları çıxışlarında mövzu ətrafında fikirlərini bölüşərək belə layihələrin keçirilməsinə görə Mənəvi Dəyərlərinin Təbliği Fonduna  minnətdarlıqlarını ifadə etdilər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 28-12-2018, 14:51 eye 856 eye Paylaş