"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Cənub bölgəsində Fondun maliyyə dəstəyi ilə maarifləndirici tədbirlər davam edir

Dekabrın 27-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran  rayonu Şağlaser kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində rayonun Şağlaser kənd tam orta məktəbində  maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, məktəbin direktor müavinləri Rauf Sadıqov, Məhəbbət Məmmədova, icma sədri Ruhulla Ruhullayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev çıxışında keçirilən tədbirin gənclərin sağlam və vətənpərvər ruhda böyüməsində vacib rol oynadığını vurğulayıb.   
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların zərərli vərdişlərdən, dini radikalizmdən qorunması, eləcə də, erkən nikahların aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. E.Həmidli milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsində gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib.
Məktəbin direktor müavinləri Rauf Sadıqov, Məhəbbət Məmmədova və məktəbin müəllimi İbadət Cəlalov çıxışlarında zərərli vərdişlərə və erkən nikaha qarşı mübarizədə gənclərin elm və təhsilə yiyələnmələrinin, milli-mənəvi dəyərlər ruhunda formalaşmalarının əhəmiyyətini qeyd ediblər.     
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 28-12-2018, 09:31 eye 833 eye Paylaş