"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Masallı rayonunda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib.

Sentyabr ayının 25-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Masallı rayonunda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Bəşirov, ekspert-tarixçi Azad Nəhmədov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Komitənin şöbə müdiri Miryəhya Bədirov mənəvi dəyərlərin təbliği sahəsində təşkil edilən tədbirin məqsədi haqqında geniş məlumat verdi.
Tədbirdə çıxış edən Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının Prezident İlham Əliyevin mənəvi sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu bildirdi. C.Əliyev Fondun fəaliyyət istiqamətləri, mənəvi dəyərlərin təbliği işi ilə bağlı həyata keçirilən tədbirlər haqqında iştirakçıları məlumatlandırdı. 
Daha sonra çıxış edən tarixçi-ekspert Azad Nəhmədov mənəvi dəyərlərin tarixi təşəkkül prosesi və mahiyyəti haqqında məruzə ilə çıxış etdi. 
Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Bəşirov Masallı rayonunda təşkil edilmiş tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna minnətdarlığını bildirdi.
Tədbirin sonunda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparıldı.

calendar 25-09-2018, 17:14 eye 1 092 eye Paylaş